SON XƏBƏRLƏR

Stokholmda İsveçin NATO üzvlüyü müzakirə olunacaq

2023.06.27, 09:35
Stokholmda İsveçin NATO üzvlüyü müzakirə olunacaq

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bu həftə İsveçə səfər edəcək.

Gunaz.tv

Bu barədə “The Independent” qəzeti yazıb.

Qeyd olunub ki, siyasətçi Skandinaviya ölkəsinin NATO-ya daxil olmasını dəstəkləməyə davam edəcək.

Kleverli isveçli həmkarı Tobias Billström və İsveçin müdafiə naziri Paul Yonson ilə görüşərək Avropanın təhlükəsizliyini və iki ölkə arasında hərbi əməkdaşlığın qurulmasını, o cümlədən birgə təlimləri müzakirə edəcək.

Görüş Baltik dənizindəki Qotland adasında baş tutacaq. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar