SON XƏBƏRLƏR

"İrana qarşı zəif mövqedən çıxış etmək zamanı deyil"- Amerikalı senator

2023.06.27, 11:50
"İrana qarşı zəif mövqedən çıxış etmək zamanı deyil"- Amerikalı senator

Respublikaçı senator Tim Skot Bayden administrasiyasını tənqid edərək indi İrana qarşı zəyif mövqedən çıxış vaxtı olmadığını deyib

Gunaz.tv

"İndi İrana qarşı zəif mövqedən çıxış zamanı deyil". Bunu Amerikalı senator Tim Skot deyib.

O, Barak Obama iqtidarının da nüvə məsələsində İrana qarşı Bayden kimi zəif mövqe göstərdiyini qeyd edib.

Qeyd edək ki, Tim Skot Amerikada 2024-cü il prezident seçkilərinə namizədlərədn biridir.

“Bayden iqtidarı İrana qarşı Obama iqtidarı kimi zəif mövqedən çıxış edir.

Mən və həmkarlarım İrana qarşı sanksiyaların ləğv edilməsinə gətirib çıxaran hər hansı razılaşmanın Konqresə təqdim olunmasını məcburi edən layihəyə qoşulmuşuq. İndiki durumda İran qarşısında zəif mövqe göstərmək lazım deyil”-o, "tvitter" hesabında yazıb.

Aydaho Ştatının senatoru Cim Riş də Baydeni tənqid edib: “Bayden administrasiyası İranın nüvə silahlarının yayılmayacağı barədə şübhəli vədlərin qarşılığı olaraq İran rejiminə göydən düşümüş qazanclar verməyi düşünür.

Konqresin sanksiyaları azaltmağa hər hansı cəhdə qarşı gücü saxlanılmalıdır”.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar