SON XƏBƏRLƏR

İranın polis rəisi Moskvaya səfər edəcək

2023.06.27, 15:15
İranın polis rəisi Moskvaya səfər edəcək

İran və Rusiya arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq getdikcə genişlənir. İran Polis Qüvvələrinin baş komandanı Əhmədrza Radan Moskvaya səfər edəcək.

Gunaz.tv

Qeyd edək ki, bu, "Vaqner" silahlı birləşməsinin qiyam cəhdi zamanı İbrahim Rəisinin Vladimir Putinlə telefon danışığında Rusiyaya tam dəstək ifadə etməsindən sonraya təsadüf edir.

İranın polis qüvvələrinin baş komandanıın Moskvaya səfərindən məqsədin ikitərəfli polis əməkdaşlığını inkişaf etdirmək olduğu bildirilib.

İranın polis rəisinin Rusiyaya səfərinin dəqiq vaxtı açıqlanmayıb.

Lakin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Tasnim" xəbər agentliyinin məlumatına görə, Əhmədrza Radanın Moskvaya səfəri təhlükəsizlik nümayəndə heyətinin müşayiətilə həyata keçiriləcək.

Bu səfər zamanı Əhmədrza Radan Rusiya polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə imkanlarına baş çəkəcəyi və Rusiya polisi ilə əməkdaşlığı genişləndirmək üçün məsləhətləşmələr aparacağı qeyd edilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar