SON XƏBƏRLƏR

"İslami Cihad" bölgədə dominant qüvvəyə çevrilib"- “The Jerusalem Post”

2023.06.27, 15:54
"İslami Cihad" bölgədə dominant qüvvəyə çevrilib"- “The Jerusalem Post”

Fələstinin İslami Cihad Təşkilatı Tehranın yardımları ilə İordan çayının qərb sahilində dominant yarımhərb qüvvəyə çevrilib. Bu barədə İsrailin “The Jerusalem Post” qəzeti fələstinli qaynağa istinadən bildirib.

Gunaz.tv

Həmçinin qeyd olunub ki, İslami Cihad Təşkilatı İrandan çatdırılan pullarla silah alır və üzvlərinə yüksək maaş ödəməklə bölgədə ona bağlı qalmalarını təmin edir.

Qəzetin yazdığına görə, Fələstin hakimiyyəti başa düşüb ki, "Fəth" təşkilatının hərbi qolu və "Əl-Əqsa" qvardiyası üzvlərinin çoxu İordan çayının qərb sahilində İslami Cihad Təşkilatı ilə əməkdaşlıq edirlər. 

Mahmud Abbasın rəhbərliyində olan "Fəth" təşkilatını düşündürən məsələ budur ki, təşkilatın üzvlərinin çoxu əslində İranın müzdurlarıdır. 

Fələstin milli hakimiyyətinin rəsmilərindən biri qəzetə bildirib ki, artıq İranın qərb sahilində hüzuru var.

Tehran öz müzdurlarından tələb edir ki, Qəzzə zolağından qərb sahilinə doğru nəzarətləri gücləndirməlidirlər.

Qeyd edək ki, Fələstin Milli Hakimiyyəti "Fəth" təşkilatı tərəfindən idarə olunur. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar