SON XƏBƏRLƏR

Tezliklə hamını sevindirəcək nəticələr olacaq - Ukrayna rəsmisi

2023.06.27, 16:10
Tezliklə hamını sevindirəcək nəticələr olacaq - Ukrayna rəsmisi

Ukraynanın “Cənub” əməliyyat komandanlığı bir sıra yeni məlumatlar açıqlayıb.

Gunaz.tv

Kaxovka SES-də törədilən terror aktı Ukrayna ordusunun əks-hücumunu dayandıra bilməyib.

Bu barədə “Cənub” əməliyyat komandanlığının birgə mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk məlumat verib.

“Biz döyüş işlərini davam etdiririk - bu effektivdir və əvvəlcədən razılaşdırılmış plana uyğun gedir. Tezliklə hamını sevindirəcək nəticələr olacaq”, - deyə spiker əmin edib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir.

Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. (modern)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar