SON XƏBƏRLƏR

12600 nəfər müharibə ilə bağlı cinayət işlərinə cəlb olunub - Paşinyan

2023.06.27, 17:30
12600 nəfər müharibə ilə bağlı cinayət işlərinə cəlb olunub - Paşinyan

"44 günlük müharibə və elan edilmiş hərbi vəziyyət dövründə hərbi xidmət qaydalarının əleyhinə olan işlər, o cümlədən digər cinayətlər üzrə başlanmış çoxsaylı cinayət işləri ümumilikdə 12600 nəfərə aiddir".

Gunaz.tv

Ermənistan mətbuatına istinadən xəbər verilir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında deyib.

"Cinayət işləri vətəndaşların və hərbi qulluqçuların səfərbərlik çağırışından yayınması, əmri yerinə yetirməməsi, fərarilik, hərbi hissəni özbaşına tərk etmə, özünü şikəst etməklə hərbi xidmətə və ya onun fərdi vəzifələrinə xitam vermə, hərbi xidmət keçməkdən boyun qaçırma ilə və digər hallarla əlaqədardır", - o qeyd edib.

"Bu saydan neçə nəfər təqsirli bilinəcək, neçə nəfər təqsirsiz sayılacaq, kimin barəsində cinayət təqibinə xitam veriləcək, kimin barəsində iş məhkəməyə aparılacaq - bu suallara mən cavab verə bilmərəm", - Paşinyan söyləyib. (modern)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar