SON XƏBƏRLƏR

“Qarabağdakı qanunsuz silahlı dəstələr ciddi təhlükə mənbəyidir”-Hərbi ekspert

2023.06.28, 09:37
“Qarabağdakı qanunsuz silahlı dəstələr ciddi təhlükə mənbəyidir”-Hərbi ekspert

“Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir”. Bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

Gunaz.tv

O xatırladıb ki, Azərbaycanda Qurban bayramı qeyd olunur: "Hazırda Vaşinqtonda ABŞ tərəfinin dəstəyi ilə sülh müqaviləsi üzrə danışıqların aparılmasına baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar. 

Nəticədə məlumat verildiyi kimi bir nəfər hərbi qulluqçu yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində qanunsuz silahlı birləşmənin 5 üzvü məhv edilib. 

Bu təxribatın törədilməsində məqsəd Vaşinqtonda sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə xələl gətirmək idi. Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. 

Bu qanunsuz hərbi birləşmələrin tam tərksilah edilməsi labüddir. Azərbaycan ərazisində terror mənbəyi olan bu qanunsuz hərbi birləşmələrin mövcudluğuna yol verilməyəcəkdir”.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar