SON XƏBƏRLƏR

Əli Xameneyi sosial medianı buxovlamağa çağırdı

2023.06.28, 12:12
Əli Xameneyi sosial medianı buxovlamağa çağırdı

İranın rəhbəri Əli Xameneyi sosial media istifadəçilərinə və fəallarına qarşı ölçü götürülməsini tələb edib.

Gunaz.tv

O, növbəti dəfə sosial media istifadəçilərini və sosial medianı zərərli fəaliyyətdə ittiham edib və bunun qarşısını almağa çağırıb.

"Bir qrupun kiber məkan vasitəsilə xalqın əsəbləri ilə oynamaları və onların zehni təhlükəsizliklərini pozmaları qanuna ziddir. Məhkəmə orqanları bununla bağlı ciddi ölçü götürməli, nizam-intizam yaratmalıdır"- İran rəhbəri belə deyib.

Qeyd edək ki, Əli Xameneyi və İranın başqa yüksək rütbəli rəsmiləri dəfələrlə kiberməkan və sosial mediaya məhdudiyyətlərin tətbiqi ilə bağlı bəyanatlar səsləndiriblər.

Xüsusilə ötən ilin sentyabrından başlayan etiraz aksiyalarından sonra ölkədə internet və sosial mediaya girişə ciddi məhdudiyyətlər tətbiq edilib, bir sıra sosial media portallarının fəaliyyəti dayandırılıb.

Bundan bir müddət əvvəl İranın baş prokuroru Məhəmmədcəfər Müntəziri sosial mediada müxtəlif qeyri-dəqiq və qıcıqlandırıcı məlumatların yayıldığını iddia edib və problemlərlə bağlı faktsız paylaşım edənlərə qarşı cinayət işi açılacağını söyləyib.

Qeyd edək ki, Məhəmmədcəfər Müntəziri bundan öncə də dəfələrlə internet və sosial mediaya sərt məhdudiyyətlər qoyulması, sosial mediaya nəzarət edilməsi ilə bağlı təkliflər irəli sürüb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar