SON XƏBƏRLƏR

İranın bölgədə fəallığı narahatlıq doğurur-Blinken Kohenlə danışdı

2023.06.28, 13:20
İranın bölgədə fəallığı narahatlıq doğurur-Blinken Kohenlə danışdı

İyunun 27-də Amerikanın dövlət katibi Antoni Blinken və İsrailin xarici işlər naziri Eli Kohen telefon danışığında İranı müzakirə ediblər.

Gunaz.tv

Antoni Blinken və Eli Kohen həmçinin İsrailin bölgəyə inteqrasiyası və İordan çayının Qərb Sahilində İranın “sabitliyi pozma” fəaliyyətləri barədə də danışıblar.

Blinken Qərb Sahilində bir müddət əvvəl edilmiş həmlədə İsrail vətəndaşlarının ölümü ilə bağlı Kohenə başsağlığı verib.

Kohen terrorizmi qınayıb və İsrailin ölkə vətəndaşlarının təhlükəsizliyini qorumağa yönəlik istənilən addımı atacağını vurğulayıb.

Tərəflər İranın nüvə gücünə çevrilməsinə qarşı mübarizənin artırılmasını vacib sayıblar. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar