SON XƏBƏRLƏR

İranda boşanma sayı kəskin artıb

2023.06.29, 14:59
İranda boşanma sayı kəskin artıb

İran Qeydiyyat İdarəsinin məlumatına görə, cari ilin yaz fəslində ölkədə boşanma sayı kəskin artıb.

Gunaz.tv

Məlumatda 3 ay ərzində İranda 80 min nikah bağlandığı və 38 min boşanmanın qeydə alındığı bildirilib.

Qeydiyyat İdarəsinin verdiyi məlumata görə, xüsusən ölkənin 12 əyalətində hər iki evlilikdən biri boşanma ilə nəticələnib.

Mazəndəran, Əlborz, Simnan, Tehran və Mərkəzi əyalətlərdə boşanma sayının daha çox olduğu və bunun böhrana çevrildiyi qeyd edilib.

Ekspertlər İran hökumətinin evlənməyi və çoxuşaqlılığı təbliğ etməsinə, bunun üçün bank kreditləri verməsinə baxmayaraq, mövcud iqtisadi şərait, işsizlik və inflyasiya yeni ailələrin qurulmasının qarşısını alır, qurulan ailələrin isə dağılmasına səbəb olur.

Qeyd edək ki, ötən il İran Statistika Mərkəzinin yaydığı məlumata görə, son 10 il müddətində ölkədə evlənmə sayının 33% azaldığı, boşanma sayının isə 22% artdığı qeyd olunub.

2012-ci ildə 829968 min nikah qeydə alınmasına baxmayaraq, bu rəqəm 2021-ci ildə 556731 olaraq qeyd edilib.

Bununla yanaşı eyni ildə 150324 boşanma faktı olduğu halda 2021-ci ildə bu 183193 olaraq göstərilib.

Bunun qarşısını almaq və gəncləri evlənməyə sövq etmək üçün İbrahim Rəisinin noyabr ayında irəli sürdüyü təkliflər və ailə quranlara əlavə kredit və imtiyazların verilməsi ilə bağlı layihə formal xarakter daşıdığı üçün problemin həllinə yardım etməyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar