SON XƏBƏRLƏR

Ordumuzun Xocalı istiqamətində yerləşən mövqeləri atəşə tutulub

2023.06.29, 20:47
Ordumuzun Xocalı istiqamətində yerləşən mövqeləri atəşə tutulub

İyunun 29-u saat 18:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Gunaz.tv

Bu barədə "Report" Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda deyilir.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar