SON XƏBƏRLƏR

Fransada komendant saatı elan edilib

2023.06.30, 06:30
Fransada komendant saatı elan edilib

Fransada polisin açdığı atəş nəticəsində həyatını itirən 17 yaşlı yeniyetmə ilə bağlı keçirilən etiraz aksiyalarına görə, Klamart şəhərində iyulun 3-nə kimi gecə saatlarında komendant saatı tətbiq edilib.

Gunaz.tv

Yeniyetmənin ölümü ilə başlayan şiddətli etirazlardan sonra bu gün "səssiz yürüş" keçirilib. Parisdə toplaşan 6 minə yaxın insan əllərində pankartlarla “Polis hər yerdədir, ədalət haradadır? “Nahelə ədalət” şüarları səsləndirilib. 

Bəzi insanlar avtomobilləri ilə konvoy yaradaraq siqnal verərək polisə reaksiya veriblər.

Fransa Daxili İşlər Nazirliyindən verilən açıqlamada, gecə saatlarında etirazların artması ehtimalı ilə bölgədə ictimai nəqliyyat xidmətlərinin saat 21:00-dan etibarən ləğv edildiyi açıqlanıb.

Bildirilib ki, dünən etirazçılar bələdiyyə maşınlarını və ictimai binaları yandırdıqları üçün bu qərar verilib.

Fransada bu axşam keçirilməsi gözlənilən etirazlar səbəbilə ölkə daxilində 5 mini paytaxt Parisdə olmaqla 40 min polis əməkdaşı yerləşdiriləcək. Etirazların daha da intensivləşəcəyi gözlənilir.

Fransada şiddət hadisələrinə çevrilən etirazlarda dünən nümayişçilər avtomobilləri və ictimai binaları yandırıblar. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazla müdaxilə edib.

Etirazlarda 180 nəfər saxlanılarkən, öldürülən yeniyetmənin anası etirazçılara “sakit yürüş”ə çağırmışdı. (azvision)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar