Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, operatorları Oktay Namazov və Adil Abbasov, rəssamı isə Rafiq Nəsirovdur.
Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir.
Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Qurban İsmayılov çəkiliblər.
Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Qeyd edək ki, “Mərmər soyuğu” Tallin Qara Gecələr Film Festivalının “Ən yaxşı aktyor”, 16-cı Avrasiya Beynəlxalq Film Festivalının “Ən yaxşı rejissor” mükafatlarına layiq görülüb. (kulis)
Ayxan