SON XƏBƏRLƏR

İranda qadınların stadionlara girişinə icazə verildi

2023.06.30, 14:40
İranda qadınların stadionlara girişinə icazə verildi

İranın Ali Milli Təhlükəsizlik Şurası qadınların futbol matçlarının oynanıldığı stadionlara girişinə icazə verib.

Gunaz.tv

Bu barədə İranın Futbol Federasiyasının prezidenti Mehdi Tac açıqlama verib.

“Qadınların stadionlara girişini görəcəyik. Onların azarkeş kimi stadionlara daxil olmasının forması işçi qrupu tərəfindən müəyyənləşdirilir.

Daxili İşlər Nazirliyi, İdman və Gənclər Nazirliyi, Futbol Federasiyası və iki ETTELAAT bununla bağlı plan hazırlayırlar”-Federasiyanın rəhbəri belə deyib.

Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası 1978-ci ildə təsis olunub.

Şura ölkənin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri barədə qərarların verilməsi üzrə ən önəmli qurumdur.

Qurumun tərkibi İranın yüksək vəzifəli siyasi, hərbi və təhlükəszilk rəsmilərindən ibarətdir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar