SON XƏBƏRLƏR

Səfir dənizdə çimərkən vəfat etdi

2023.07.01, 07:34
Səfir dənizdə çimərkən vəfat etdi

Türkiyənin Portuqaliyadakı səfiri Murat Karagöz dənizdə çimərkən vəfat edib.

Gunaz.tv

Səfir Muğlanın Fethiye mahalının Faralya körfəzində dənizdə çimərkən infarkt keçirib.

Dəniz səthində hərəkətsiz qalan səfiri görən dostları Təcili Tibbi Yardım qruplarına məlumat verərək səfiri sahilə çıxarıblar. Tibb qrupları tərəfindən ürək masajı edilən səfir Karagöz təcili yardımla Fəthiyədə özəl bir xəstəxanaya aparılıb.

Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, səfir həyatını itirib.

Keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Murat Karagözün vəfatı ilə əlaqədar tviter hesabında səfirin ailəsinə və yaxınlarına başsağlığı verib. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar