SON XƏBƏRLƏR

Fransada xaos böyüyür - Bir gündə 471 nəfər tutulub

2023.07.01, 10:09
Fransada xaos böyüyür - Bir gündə 471 nəfər tutulub

Fransada yeniyetmənin polis tərəfindən qətlə yetirilməsindən sonra başlayan iğtişaşlar davam edir.

Gunaz.tv

Hüquq-mühafizə orqanları ötən gün iğtişaşlar zamanı 471 nəfəri saxlayıb.

Marsel şəhərinin meri Benoit Payan daxili işlər nazirindən şəhərə əlavə hüquq-mühafizə qüvvələrinin göndərilməsini tələb edib. O, şəhərdə çoxlu sayda qarət hallarının qeydə alındığını bildirib.

Fransa mətbuatı bir çox şəhərdə çoxlu sayda talan və toqquşma olduğunu qeyd edib.

Fransada etirazlar iyunun 27-də başlayıb. Buna səbəb 17 yaşlı Nahel adlı gəncin polis tərəfindən qətlə yetirilməsi olub. 

Cümə gecəsi baş verən toqquşma zamanı 249 polis və jandarm yaralanıb.

“Təhlükəli ərazilərdə” əyləncə tədbirləri ləğv edilib, gecə saatlarında ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Bəzi kommunalarda komendant saatı tətbiq edilib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar