SON XƏBƏRLƏR

İsraildən xəbərdarlıq: "İran qırmızı xətti keçərsə..."

2023.07.01, 11:40
İsraildən xəbərdarlıq: "İran qırmızı xətti keçərsə..."

"İranın nüvə təsisatlarına profilaktik həmlə etməyi hələ düşünmürük". Bunu İsrail baş nazirinin milli təhlükəsizlik məsləhətçisi Zaci Hanegbi deyib.

Gunaz.tv

Onun sözlərinə görə, İsrailn həmlə etməməsinin səbəbi odur ki, İran müəyyən müddətdir nüvə fəaliyyətlərini dayandırıb.

"Onlar artıq uranı bizim qırmızı xətt nəzərdə tutduğumuz miqdarda zənginləşdirmir.

İran qırmızı xətti keçərsə aydındır ki, biz özümüzü bu ana hazırlayırıq. Belə vəziyyət yaranarsa bizi məhv etməyə israrlı olan və kütləvi qırğın silahlarına malik aqressiv bir rejim qarşısında İsrail xalqını müdafiə etməliyik"- Zaci Hanegbi belə deyib.

İsrail rəsmisinin fikrincə, Amerika ilə İranın danışıqlarının hara çatacağı hələ bəlli deyil.

"Hər halda nüvə silahına malik ola biləcək İranla hər hansı razılaşma bizim üçün öhdəlik gətirici deyil”-Hanegbi İsrailin "Kanal 13" televiziyası ilə müsahibəsində belə deyib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar