SON XƏBƏRLƏR

"Tənqid edəni süründürür, iş açırlar"-Hüquşünas İran məhkəmə sistemini qınadı

2023.07.01, 12:20
"Tənqid edəni süründürür, iş açırlar"-Hüquşünas İran məhkəmə sistemini qınadı

Tanınmış hüquqşünas Möhsün Bürhani İran məhkəmə sistemnin tənqidə dözümsüzlüyündən şikayətlənib.

Gunaz.tv

“Məhkəmə hakimiyyətinin sədri qüsurları tənqid etməyə çağırır və məhkəmə aparatının tənqidləri dinləməyə hazır olduğunu deyir. Digər tərəfdən alt qurumlar tənqid edənlərə iş açırlar”-Möhsün Bürhani belə deyib.

Onun sözlərinə görə, hüquqşünaslar təhlükəsizlik qurumları tərəfindən "ölkəyə təhlükə" adı ilə iş açılacağından qorxuya düşərək məhkəmə hakimiyyətində olan problemlərə toxuna bilmirlər. 

"İmam Sadiq" və Tehran universitetlərindən iki hüquqşünas müəllimi tənqidlərə görə Məhkəmə Hakimiyyəti Təhlükəsizlik Qurumunun şikayəti əsasında prokurorluğa və məhkəməyə çağırılıb, get-gələ salınıblar.

Təəssüflə qeyd edək ki, bəzi rəsmilər Vəkillər Kollegiyasının müstəqilliyini mümkün qədər pozmağa cəhd və hər hansı bəhanə ilə ona müdaxilə edirlər”-Möhsün Bürhani əlavə edib.   

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar