SON XƏBƏRLƏR

İran ötən il 54 milyard dollar neft satıb

2023.07.01, 14:50
İran ötən il 54 milyard dollar neft satıb

Amerikanın Enerji İnformasiyası İdarəsinin (EIA) statistikasına əsasən İran 2022-ci ildə 54 milyard dollar neft satmaqla OPEC üzvləri sırasında beşinci yerdədir.

Gunaz.tv

Statistikaya əsasən OPEC üzvlərinin ötən il neft ixracatından gəlirləri təxminən 888 milyard dollar olub.

Səudiyyə Ərəbistanı 311 milyard dollarla birinci yerdə, İraq 131, BƏƏ 119, Küveyt 98 və İran 54 milyard dollarla növbəti yerlərdə qərarlaşıb. 

Üzv ölkələr ötən ildə toplam ixracatlarını gündəlik 34.2 milyon barelə artırıb, bu isə gündəlik 2.5 baler deməkdir.

İdarənin açıqlamasına əsasən neftin dünyada qiyməti 2024-cü ildə artacaq.

Bu isə dünya üzrə neft ehtiyatlarının azaldığına dəlalət edir.

Taymaz

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar