SON XƏBƏRLƏR

KİV: İranın xarici işlər nazirinin müavini Azərbaycana gəlir

2023.07.02, 22:05
KİV: İranın xarici işlər nazirinin müavini Azərbaycana gəlir

İran xarici işlər nazirinin müavini Reza Nəcəfi Azərbaycana gəlir. "Report" xəbər verir ki, bu barədə bazar günü "Fars" agentliyi məlumat yayıb.

Gunaz.tv

Nəcəfi yüksək səviyyəli ekspertlər səviyyəsində Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək.

Həmçinin Bakıda hərəkata daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılacaq.

Agentliyin məlumatına görə, Bakıda keçiriləcək nazirlər konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da şəxsən iştirak etməyi planlaşdırır. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar