SON XƏBƏRLƏR

Almaniyada İrana bağlı mərkəz bağlanır

2023.07.03, 13:33
Almaniyada İrana bağlı mərkəz bağlanır

Almaniyanın Hamburq əyalətinin məhkəməsi İrana bağlı İslam Mərkəzini radikal islamçı təşkilat olması barədə qərar çıxarıb.

Gunaz.tv

Məhkəmənin qərarında mərkəzin fəaliyyətinin Almaniya qanunlarına zidd olduğu bildirilib və barəsində çıxarılan qərardan Apellyasiya şikayəti vermək hüququnun olmadığı qeyd edilib.

Hamburq Ali İnzibati Məhkəməsi iki ay əvvəl İrana bağlı Hamburq İslam Mərkəzinin işinə baxmağa başlayıb.

Buna səbəb bundan əvvəl Hamburq əyalətinin Kəşfiyyat və Daxili Təhlükəsizlik Departamentinin bu mərkəzin ekstremist və islamçı qruplarla, o cümlədən Livan Hizbullahı ilə əlaqəsi barədə məlumat verən sənədləri yayması olub.

Qeyd edək ki, bir müddət əvvəl Britaniyada da Əli Xameneyiyə bağlı İslam Mərkəz bağlanıb.

Böyük Britaniyanın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Tom Tugenhut mərkəzin bağlanmasını alqışlayıb.

“Mən İranın İngiltərədəki təhdidləri ilə bağlı xəbərdarlıq etmişdim. Tehran rejimi ilə əlaqəli olduğu bildirilən və onun məsul müdirinin İranın rəhbəri tərəfindən təyin edilən bu mərkəzin rəhbərlərinin vəzifədən çıxarılması alqışlanacaq bir hadisədir",- o bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar