SON XƏBƏRLƏR

NATO-nun Vilnüs sammitinin mühafizəsinə 3000-ə yaxın hərbçi cəlb ediləcək

2023.07.03, 13:49
NATO-nun Vilnüs sammitinin mühafizəsinə 3000-ə yaxın hərbçi cəlb ediləcək

Litva ordusu 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək NATO sammitinin mühafizəsi üçün 3000-ə yaxın hərbçi cəlb edəcək. Bundan əlavə, daha 1000-ə yaxın hərbçi NATO müttəfiqləri tərəfindən Litvaya göndəriləcək.

Gunaz.tv

Bu barədə bu gün Litva Silahlı Qüvvələrinin mühafizə bölmələrinin rəisi polkovnik-leytenant Lyutauras Baqotsyunas mətbuat konfransında bildirib.

O qeyd edib ki, Zirvə görüşünə 48 xarici nümayəndə heyəti gələcək, onların tərkibinə 2,4 min nəfər, o cümlədən 40-a yaxın dövlət başçısı daxildir.

“Uzaq mənzilli “Patriot” raket sistemləri, NASAMS orta mənzilli raket sistemləri, kimyəvi, bioloji, radioloji və nüvə müdafiəsinin birgə bölməsi artıq Litvaya gəlib”, - Baqotsyunas bildirib. (apa)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar