SON XƏBƏRLƏR

Zelenski: “Ukraynanın NATO-ya üzvlüyü Baydendən asılıdır"

2023.07.04, 07:14
Zelenski: “Ukraynanın NATO-ya üzvlüyü Baydendən asılıdır"

Ukraynanın NATO-ya üzvlüyü Baydenin qərarından asılıdır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.

Gunaz.tv

Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydeni Ukraynanı yalnız müharibə bitdikdən sonra Alyansa üzv ola bilsə belə, indi NATO-ya dəvət etməyə çağırıb.

Zelenski qeyd edib ki, Bayden ölkənin Şimali Atlantika Alyansına üzv olub-olmayacağına qərar verən şəxsdir. "O, NATO-dakı gələcəyimizi dəstəkləyir, lakin indi dəvət Ukrayna əsgərləri üçün böyük dəstək olardı", - Zelenski deyib.

“Ukrayna anlayır ki, ölkə müharibə bitənə qədər NATO-ya qəbul edilməyəcək, lakin vətəndaşlar üçün bu məsələdə müttəfiqlərin dəstəyini hiss etmək vacibdir”, - Prezident əlavə edib.

"Biz hamımız başa düşürük. Amma bu siqnal həqiqətən çox vacibdir. Və bu, Baydenin qərarından asılıdır", - o vurğulayıb. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar