SON XƏBƏRLƏR

BMT-də Ukrayna ilə bağlı dinləmələr keçiriləcək

2023.07.04, 07:19
BMT-də Ukrayna ilə bağlı dinləmələr keçiriləcək

İyul ayı ərzində Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibə ilə bağlı BMT Təhlükəsizlik Şurasında (TŞ) dinləmələr keçiriləcək və bölgədə cərəyan edən hadisələr gündəmdə olacaq.

Gunaz.tv

Bu barədə Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord təşkilatın Nyu-Yorkdakı baş qərargahında iyul ayı ərzində TŞ-ın gündəmi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bununla yanaşı, Birləşmiş Krallığın rəhbərliyi ilə iyul ayı ərzində süni intellektlə (AI) bağlı xüsusi iclas keçiriləcək. Səfir süni intellektin sülh və təhlükəsizliyi təhdid etdiyini və nüvə silahlarının bu fəaliyyətin tərkib hissəsi olduğunu deyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Böyük Britaniyaya keçib. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar