SON XƏBƏRLƏR

BMT Təhlükəsizlik Şurasında İran müzakirə ediləcək

2023.07.04, 11:30
BMT Təhlükəsizlik Şurasında İran müzakirə ediləcək

Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Barbara Vudvard Təhlükəsizlik Şurasının İranın yol verdiyi qanun pozuntuları və 2231 nömrəli qətnaməyə baxış barədə avqust ayının 6-da toplantı keçirəcəyini bildirib.

Gunaz.tv

Barbara Vudvard həmçinin İranın Rusiyaya PUA satışına da toxunub: “İran BMT-nin 2231 nömrəli qətnaməsində öhdəliklərini açıqcasına pozub.”

“İran təyin olunmuş minimum miqdardan  nüvə silahı istehsalına lazım olan 3 qatı qədər uran zənginləşdirib. Belə bir durum çox düşündürücüdür”-Barbara Vudvard belə deyib.

Qeyd edək ki, 2023-cü ilin avqust ayında Təhlükəsizlik Şurasında sədrlik Britaniyaya keçəcək. 

Xatırladaq ki, BMT-nın qətnaməsinə əsasən İrana 3.67 fiaz uran zənginləşdirilməsinə icazə verilib.

Lakin bu ölkə 60 faiz zənginləşdirmə edərək hələ də bu miqdarı artırır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar