SON XƏBƏRLƏR

Cenində partlayıcı maddə istehsal edən emalatxana aşkarlanıb

2023.07.04, 12:47
Cenində partlayıcı maddə istehsal edən emalatxana aşkarlanıb

İordaniya çayının Qərb sahilində yerləşən Cenin şəhərində partlayıcı maddə və bomba istehsalı emalatxanası aşkarlanıb.

Gunaz.tv

Qeyd edək ki, İsrail qüvvələri iyulun 2-dən Cenin şəhərində anti-terror əməliyyatı keçirib. Partlayıcı maddə və bomba istehsalı emalatxanası qaçqınlar düşərgəsində yerləşən Əl-Ənsar məscidinin atlında hazırlanmış tüneldə aşkarlanıb.

İsrailin Daxili İnformasiya və Təhlükəsizlik Təşkilatı və İsrail Ordusu düşərgədə əməliyyatın hələ davam etdiriləcəyini açıqlayıblar. 

Ordunun sözçüsü qarşıdurmada 110 fələstinlinin saxlanıldığını və düşərgə içərisində hələ 10 həmlə olunası hədəfin qaldığını deyib.

“Əməliyyatda partlayıcı maddə istehsalı avadanlıqlarına malik 5 laboratoriya və yüzlərlə partlayıcı maddə,  ratsiya, mərmikeçirməz geyim, "Molotov" kokteyli şüşələri, həmçinin məscidin altında qazılmış tüneldə çoxlu silahlar aşkarlanıb.

"İndiyədək 20 əməliyyat keçirilib. Onlardan yarısı qüvvələrin hərəkətinin təhlükəsizliyinin təmini məqsədi ilə açıq havada, qalanı isə təhdidlərin aradan qaldırılması üçün xüsusi məkanlarda olunub”-məlumatda bildirilir.

Qeyd edək ki, İsrailin sərhədlərinə yaxın Cenin şəhəri İranın terror bazasıdır və buradan ölkə vətəndaşlarının sıx yerləşdikləri məkanlara həmlə üçün istifadə olunur. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar