SON XƏBƏRLƏR

Ukrayna əks-hücumu sürətləndirmək üçün müttəfiqlərdən daha çox silah istəyib

2023.07.06, 09:00
Ukrayna əks-hücumu sürətləndirmək üçün müttəfiqlərdən daha çox silah istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqlərdən əks-hücuma keçmək üçün silah tədarükünü sürətləndirməyi xahiş edib.

Gunaz.tv

O, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

"Mən ABŞ-yə, eləcə də Avropa liderlərinə dedim ki, biz əks-hücum əməliyyatımızı daha tez başlamaq istəyirik və bunun üçün bizə bütün silah və materiallar lazımdır. Niyə? Çünki gec başlasaq, daha yavaş gedəcək”, - Zelenski bildirib.

O əlavə edib ki, silahların ləng çatdırılması cəbhədə bəzi çətinliklərə səbəb ola bilər və əks-hücum prosesini ləngidə bilər.

“Mən istəyirdim ki, bizim əks-hücum daha tez baş versin, çünki hamı anlayırdı ki, əks-hücum gec başlasa, ərazimizin böyük hissəsi minalanacaq", - Ukrayna lideri vurğulayıb.

Qeyd edək ki, Ukrayna hərbçiləri Baxmut, Melitopol və Berdyansk istiqamətlərində aktiv hücum əməliyyatları aparır. Son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri şərqdə və cənubda daha 9 kvadratmetr ərazini azad edib. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar