SON XƏBƏRLƏR

Gürcüstan səfiri bu gün Kiyevi tərk edəcək

2023.07.06, 07:25
Gürcüstan səfiri bu gün Kiyevi tərk edəcək

Gürcüstanın Kiyevdəki səfiri Giorgi Zakaraşvili iyulun 6-da saat 12:00-a qədər Ukraynanı tərk edəcək.

Gunaz.tv

O, bu barədə iyulun 5-də “Rustavi-2” telekanalına bildirib.

“48 saat sabah saat 12:00-da bitir. Sabah saat 12:00-a qədər mümkün qədər Ukrayna ərazisini tərk etməyə çalışacağam”, - diplomat bildirib.

İki ölkə arasında gərginlik Ukrayna prezidenti Vladimir Zelenskinin iyulun 3-də Gürcüstan səfirini Ukrayna Xarici İşlər Nazirliyinə çağırmasından sonra yaranıb. Ona sərt etiraz edilib və 48 saat ərzində ölkəni tərk etmək əmri verilib.

Bu tələbi dövlət başçısı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyət fonunda irəli sürüb. Zelenski Gürcüstan hakimiyyətini siyasətçini Ukraynaya qaytarmağa, ona müalicə və qayğı göstərilməsinə çağırıb. (apa)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar