SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda vəzifəli şəxslər həbs edilib

2023.07.06, 10:55
Şərqi Azərbaycanda vəzifəli şəxslər həbs edilib

Şərqi Azərbaycanın yeni salınmış Səhənd şəhərində Şəhər Şurasının üzvləri həbs edilib.

Gunaz.tv

Şura üzvlərinin təhlükəsizlik məmurları tərəfindən saxlanıldıqları və onların korrupsiya, mənimsə və vəzifə səlahiyyətlərindən su-istifadədə ittiham olunduğu bildirilib.

Bundan əvvəl iyun auının 10-da da Səhən şəhərində bələdiyyə məmurları və Şəhər Şurasının üüzvləri eyni ittahama görə həbs edilib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatı fevralın əvvəlində yaydığı hesabatda İran ən çox korrupsiyyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

İran ötən illə müqayisədə bu ilki siyahıda üç pillə geriləyib.

İran hətta Uqanda, Mozambik, Madaqaskar, Liberiya, Kamerun, Pakistan və Qırğızıstan kimi ölkələrdən də aşağı düşüb. 

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar