SON XƏBƏRLƏR

Albaniya Prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

2023.07.06, 14:43
Albaniya Prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Albaniya Prezidenti Bayram Beqay Azərbaycana rəsmi səfərə yola düşüb.

Gunaz.tv

Bayram Beqay Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlir.

Məlumata görə, dövlət başçıları arasında keçiriləcək görüşdə ikitərəfli əməkdaşlıq əlaqələri, həmçinin Albaniyada müasir qazpaylayıcı şəbəkənin inşası kimi qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

Vurğulanıb ki, Albaniyadan digər region ölkələrinə qaz nəqli layihələrinin reallaşdırılması aparılacaq müzakirələrdə vacib yer tutacaq.

Görüşün sonunda dövlət başçılarının mətbuat üçün birgə bəyanatla çıxış edəcəkləri bildirilib. (apa)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar