SON XƏBƏRLƏR

Ukrayna ilə Türkiyə arasında hərbi anlaşma-Sənədlər imzalandı

2023.07.08, 09:27
Ukrayna ilə Türkiyə arasında hərbi anlaşma-Sənədlər imzalandı

Ukrayna ilə Türkiyə arasında strateji sənaye sahəsində Anlaşma Memorandumu imzalanıb.

Gunaz.tv

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuat xidmətinə istinadən xəbər verir.

Report xəbər verir ki, memorandumu Ukraynanın strateji sənayelər naziri Aleksandr Kamışin, o cümlədən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır imzalayıblar.

Əməkdaşlığın əsas istiqamətləri arasında, avtonom nəqliyyat vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı üçün imkanların inkişafı, müxtəlif tipli PUA-ların istehsalının artırılması, iki ölkənin strateji sənayelərinin avtonom sistemləri, kosmik və digər texnoloji sektorları sahəsində tədqiqat və inkişaf, eyni zamanda strateji sənaye sahələrinin tərəqqisi üçün zəruri olan digər texniki əməkdaşlıq var.

Bildirilib ki, memorandum dövlətlər arasında tərəfdaşlığın möhkəmlənməsinə, böyük strateji əhəmiyyət kəsb edən texnologiyaların və sənaye sahələrinin inkişafına kömək edəcək. Sənəd Ukrayna və Türkiyə Prezidentlərinin iştirakı ilə imzalanıb.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar