O, Türkiyə tərəfinə Ukrayna taxılının dəhliz vasitəsi ilə ehtiyacı olan ölkələrə göndərilməsində dəstəyinə görə təşəkkür edib:
“Ukraynanın taxıl təşəbbüsünə verdiyiniz dəstəyə görə minnətdaram.
Ölkəmizə və xalqlarımıza sülh istəyən hər kəsə təşəkkür etmək üçün buradayam”.
Bu arada Rusiya Prezidenti Vladimir Putin də gələn ay Türkiyəyə səfər edəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Gələn ay Putinin Türkiyəyə səfəri olacaq. Cənab Putinlə yenidən məhbus mübadiləsini müzakirə edəcəyik. Ümid edirəm ki, “Taxıl sazişi”nin müddətinin uzadılması ilə bağlı nəticə əldə edəcəm”,- deyə o bildirib. (report)
Ayxan