SON XƏBƏRLƏR

"İran həddini aşmamalıdır"-Con Kirbi

2023.07.08, 13:06
"İran həddini aşmamalıdır"-Con Kirbi

Ağ Evin Milli Təhlükəsizlik Ali Şurasının sözçüsü Con Kirbi İranla danışıqlar barədə açıqlama verib.

Gunaz.tv

"İranla əlaqə xətlərinin olması pis bir hal deyil və yaxşıdır. Lakin bu ölkə bizim müxalif olduğumuz davranışlarında həddini aşmamalıdır.

Vaşinqton İranla danışıqlar kanallarını daima saxlamaq istəyib"-Con Kirbi "Əş-Şərq Ələvsət" qəzetinə müsahibəsində belə deyib.

Con Kirbi belə deyib ki, Tehranda saxlanılan amerikalı məhbusların azad olunması barədə danışıqlar aparılır

O, Korfəzdə İranın 2 ticarət gəmisini saxlamağa cəhdi barədə də fikir bildirib.

“İran məsuliyyətsiz davranır. Lakin bu İranla təmasları dayandırmağa gətirib çıxaran bir məsələ deyil.

Amerikanın Korfəzdə hərbi hüzuru var, orada fəaliyyətini davam etdirir və bölgədə sabitliyi pozmaq cəhdlərinin qarşısını alır"-deyə, o, əlavə edib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar