SON XƏBƏRLƏR

“Ana dili - Azərbaycan Məktəbi”nə qeydiyyat başlayır

2023.07.08, 14:03
“Ana dili - Azərbaycan Məktəbi”nə qeydiyyat başlayır

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün əhəmiyyətli bir layihənin tətbiqinə start verir.

Gunaz.tv

Xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayır.

"Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından (aşağı yaş qrupu (6-10 yaş); orta yaş qrupu (11-13 yaş); yuxarı yaş qrupu (14-18 yaş)) olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edəcək.

Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun qruplarda virtual Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər.

Layihədə iştirak üçün müraciət edən şəxs Azərbaycan dilini bilmə səviyyəsini müəyyən edilməsi məqsədilə təşkil ediləcək yoxlamadan keçdikdən sonra müvafiq qrupda dərslərə qoşulacaqdır.

2023-2024-cü tədris ilini əhatə edəcək proqram çərçivəsində virtual dərslər bu ilin 15 sentyabr tarixindən başlanılacaq.

Dərslər təcrübəli mütəxəssislər tərəfindən interaktiv təlim metodu əsasında öncədən müəyyən olunmuş qrafik (cədvəl) üzrə həftədə 2-3 dəfə olmaqla virtual öyrənmə platforması vasitəsilə onlayn qaydada təşkil ediləcək.

Məktəbin tədris proqramı 3 səviyyədə (başlanğıc, orta, yüksək) ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumatların daxil edildiyi mövzular əsasında hazırlanıb.

Proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat veriləcək.

Qeydiyyat prosesi bu il iyulun 12-dək anadili.agma.az platforması vasitəsilə aparılacaq. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar