SON XƏBƏRLƏR

“Vaqner”çilər Mərkəzi Afrika Respublikasını tərk edir

2023.07.09, 08:17
“Vaqner”çilər Mərkəzi Afrika Respublikasını tərk edir

“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) yüzlərlə muzdlusu Mərkəzi Afrika Respublikasını (MAR) tərk ediblər. Ölkədə isə bunun sadəcə rotasiyanın bir parçası olduğunu bildiriblər.

Gunaz.tv

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hərbi mənbənin bildirdiyinə görə, “Vaqner” ÖHŞ-nin yüzlərlə muzdlusu Afrika ölkəsini tərk edib. Lakin MAR Prezidentinin mətbuat katibi Albert Yaloke Mokpem bunun “yekun tərketmə yox, rotasiya” olduğunu diqqətə çatdırıb.

“Biri gedib, digəri gələcək”, - o vurğulayıb.

Ölkədə neçə rusiyalı muzdlunun qaldığı hələlik bəlli deyil. Orada 1 900-ə yaxın şəxsin fəaliyyətdə olduğu güman edilir.

Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.

2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 

2021-ci ilin dekabrında Avropa İttifaqı (Aİ) qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 

2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.

Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar