SON XƏBƏRLƏR

Zahidanda polis bölməsinə hücum edən təşkilat bəyanat yaydı

2023.07.09, 10:19
Zahidanda polis bölməsinə hücum edən təşkilat bəyanat yaydı

"Ceyş əl-Ədl" təşkilatı bu gün səhər saatlarında İranın Zahidan şəhərində polis bölməsinə silahlı hücumun məsuliyyətini öz üzərinə götürdü.

Gunaz.tv

"Ceyş əl-Ədl təşkilatı hamının diqqətinə çatdırmaq istəyir ki, onun İlahi Ədalət Strateji Batalyonunun fədailəri, bəluç xalqının qanlı cümə faciəsinin əsas səbəbkarı olan 16-cı polis bölməsinə uğurlu məsuliyyətini öz üzərinə götürür",- bəyanatda bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Zahidan şəhərində 16-cı polis bölməsinə silahlı hücum nəticəsində 2 polis və 4 hücumçu həyatını itirib.

"Ceyş əl-Ədl" təşkilatı İranın Sistan və Bəlucistan əyalətində İran rejimi ilə silahlı mübarizə aparan sünni məzhəbli etnik bəluçların silahlı qruplaşmasıdır.

Təşkilat bu günə kimi əyalətin müxtəlif bölgələrində SEPAH qüvvələrinə qarşı çox sayda əməliyyatlar həyata keçirib.

Son illərin ən əhəmiyyətli əməliyyatlarından biri 16 fevral 2019-cu ildə Zahidan-Xaş yolunda SEPAH qüvvələrinə qarşı keçirilib. 

Həmin əməliyyat nəticəsində 27 SEPAH üzvü öldürülüb, 13 nəfər isə yaralanıb.

Təşkilat İran, Yeni Zellandiya, ABŞ və Yaponiya tərəfindən terror qruplaşması kimi tanınıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar