SON XƏBƏRLƏR

Həşdi-Şabi qrupunun üzvləri İranda ali təhsil alacaq

2023.07.10, 12:41
Həşdi-Şabi qrupunun üzvləri İranda ali təhsil alacaq

Həşdi-Şabi qrupunun üzvləri İranda ali təhsil ala biləcəklər. Bu barədə razılıq Tehran universitetinin rəsmiləri ilə Həşdi-Şabi qrupunun rəhbərləri ilə keçirilən toplantıda razılığa gəlinib.

Gunaz.tv

Tehran universitetində keçirilmiş iclasda Əli Xameneyinin Universitetlərdə Təmsilçilik Ofisinin sədri və Həşdi-Şabi qrupunun təlim işləri müavini iştirak edib.

“Ali təhsili əcnəbi tələbələrlə müqayisədə Həşdi-Şabiyə üzv dostlarımıza daha yüksək keçirəcəyik. Belə ki, bizim hədəfimiz müsəlməan mücahidlərin ixtisas bacarıqlarını artırmaqdır” -bunu universitetin rektoru Seyid Məhəmməd Müqimi deyib.

"Əməkdaşlıq barədə razılaşmaya əsasən Tehran universitetinin qaydalarına məsuliyyətli yanaşacaq, İraq və İranın Ali Təhsil nazirliklərinin qoyduğu qaydalara tam riayət edəcəyik”-iclasda çıxış edən Həşəd-Şabi qrupu rəhbərinin təhsil işləri müavini Hüseyn Musəvi Buxatideyə deyib.

Qeyd edək ki, Həşdi-Şabi İraqda İranın himayəsində fəaliyyət göstərən və terror əməliyyatları keçirən yarım hərbi qrupdur.

Qrup bir müddət öncə Azərbaycanı da hədələmişdi.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar