SON XƏBƏRLƏR

""Əl-Dürrə" qaz yatağı barədə İranla danışıq olmayacaq"-Neft naziri

2023.07.10, 13:40
""Əl-Dürrə" qaz yatağı barədə İranla danışıq olmayacaq"-Neft naziri

“Əl-Dürrə qaz yatağı barədə İranla heç danışıq keçirilməyəcək. Bu yataq Küveyt və Ərəbistana məxusus inhisarı hüquqdur”. Bunu Küveytin neft naziri Səəd Əl-Bərak deyib.

Gunaz.tv

Səəd Əl-Bərak bu barədə Səudiyyə Ərəbistanın "Əl-Əxbariyyə" şəbəkəsinə müsahibəsində danışıb. "Hüquqların müəyyən edilməsi üzrə dəniz sərhədlərinin xəritə üzrə razılaşdırlması olmayanadək bu məsələ barədə İranla danışıqlara yer yoxdur"-deyə, o, bildirib.

Nazir deyib ki, "Əl-Dürrə" qaz yatağının emalı Küveyt və Ərəbistanın müstəsna hüququdur. İran tərəfinin irəli sürdüyü məsələ aydın deyil.

"Onlar dəniz sərhədlərinin dəqiq xəritə üzrə razılaşdırılmasına zidd olan iddialar irəli sürürlər.

 Bizim ölkə və Ərəbistan bu yataq barədə tam anlaşmaları var və artıq bütün fikir ayrılıqları qaldırılıb”-nazir belə deyib.

Qeyd edək ki, İran "Əl-Dürrə" yatağında payı olduğunu iddia edir.

 Ekspertlərin fikrincə, bu məsələ İranla Səudiyyə Ərəbistanın diplomatik əlaqələrinin isindiyi bir vaxtda iki ölkə arasında yeni münaqişəyə gətirib çıxara bilər.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar