SON XƏBƏRLƏR

Bağdadda oğurlanmış israilli tədqiqatçı İrana aparılıb-İDDİA

2023.07.10, 13:30
Bağdadda oğurlanmış israilli tədqiqatçı İrana aparılıb-İDDİA

İraqda oğurlanmış rus-israilli tədqiqatçı Yelizaveta Tsrukova ehtimal olaraq İrana keçirilib. Bu iddia ilə Londanda nəşr edilən ərəb dilli "Əşşərq Ələvsət" qəzeti çıxış edib.

Gunaz.tv

Nəşrin iyulun 9-da yazdığı xəbərdə bildirilir ki, İsrail ilə İran tədqiqatçı Yelizaveta Tsrukovanın Təl-Əvivdə saxlanılan iranlı məhbus Yusif Şahbazi Abbasəlilu ilə mübadiləsi barədə danışıqlar aparırlar.

Qəzet bu xəbəri İraqda yerləşən və İranın himayəsində olan Həşəd-Şabi yarım hərb qrupundakı qaynağa, həmçinin İraqın təhlükəsizlik qüvvələrinə və parlamentin bir neçə üzvünə istinadən yayıb.

Belə ki, Tsurkovanın Bağdadda oğurlanması Təl-Əvivdə saxlanılan həmin iranlı məhbusun azadlığa buraxılması və bu barədə dayanmış danışıqların bərpası məqsədi ilə İsrailə təzyiq üçün edilib. 

Qəzet həmçinin  bildirib ki, Tsurkovanın harda saxlanılması barədə fikir ayrılıqları da var. 

Məlumatlı bir qaynaq bildirb ki, Yelizaveta Tsurkova Tehranın göstərişi ilə “Hizbullah Kətaibi” qrupunda saxlanılır.

Lakin digər qaynaqlar iddia edir ki, o İrana köçürülüb. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar