SON XƏBƏRLƏR

İran hakimiyyəti İraqda fars dilinin təbliğini gücləndirir

2023.07.10, 17:07
İran hakimiyyəti İraqda fars dilinin təbliğini gücləndirir

İran hökuməti iraqlılar, özəlliklə şiələr arasında fars dili və ədəbiyyatının yayılması üçün yeni mərkəz yaradır.

Gunaz.tv

Bu barədə Tehran Universitetinin rektoru Seyid Məhəmməd Müqimi açıqlama verib.

O, bu məqsədlə İranın Bağdaddakı səfirliyinin nəzdində yeni nərkəzin yaradılması ilə bağlı işlər aparıldığını bildirib.

Müqimi ilk növbədə Həşəd əl-Şəbi təşkilatının üzvlərinə fars dilinin öyrədilməsinin nəzərdə tutulduğunu deyib.

Bildirib ki, onlar fars dilini öyrəndikdən sonra İran universitetlərində ödənişsiz təhsilə cəlb ediləcəklər.

Qeyd edək ki, Həşəd əl-Şəbi İraq şiələrindən təşkil tapan İrana bağlı silahlı qruplaşmadır.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar