SON XƏBƏRLƏR

Ermənistana etiraz edən milli fəal müvəqqəti azadlığa buraxılıb

2023.07.11, 12:23
Ermənistana etiraz edən milli fəal müvəqqəti azadlığa buraxılıb

İyulun 7-də Xudafərin körpüsü yaxınlığında Araz çayı qırağında İran sərhədçiləri tərəfindən həbs edilən güneyli fəal Sədullah Sasani 150 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Gunaz.tv

Qeyd edək ki, Ermənistanın Araz çayını çirkləndirməsinə etiraz etdiklərinə görə iyulun 7-də həbs edilən Mustafa Əvəzpur, Rəhim Sasani, Məhəmməd Mərdi, Məhəmməd Əlipur, Sədullah Sasani və Cəfər Noruzi adlı fəallar saxlanıldıqları təcridxanada işgəncə ediliblər.

5 fəal 28 saat dindirildikdən sonra sərbəst buraxılsalar da, Sədullah Sasani ölümcül şəkildə döyüldüyü və durumunun ağır olduğu üçün buraxılmamışdı.

Xatırladaq ki, Ermənistanın Metsamur Atom Elektrik Stansiyasının zəhərli tullantılarının Araz çayına axıdılması inəticəsində Güney Azərbaycan bölgələrində kənd təsərrüfatı sahəsinə ağır xəsarətlər dəyib, bölgədə xərçəng xəstəliyi geniş yayılıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar