SON XƏBƏRLƏR

İran idmançıları Macarıstana buraxılmadı

2023.07.11, 13:56
İran idmançıları Macarıstana buraxılmadı

Macarıstan hökuməti sərbəst güləş üzrə milli komandanın iki üzvünə, iranlı məşqçi və hakimə Dünya Birliyinin Budapeştdə keçiriləcək reytinq yarışlarında iştirak etmək üçün viza verməyib.

Gunaz.tv

Məlumata görə, Macarıstan hökuməti naməlum səbəblərdən adıçəkilən idmançılara səyahət vizası verməyib.

Qeyd edək ki, xüsusən son vaxtlat bir sıra dövlətlər İran idmançılarına viza verməkdən imtina edirlər.

Bu, iranlı siyasi mühacirlərin və Tehran hakimiyyəti tərəfindən repressiyalara məruz qalan şəxslərin ailələrinin müraciətləri əsasında vaş verir.

Onlar bir sıra idmançıların İran hakimiyyətinin repressiya əməliyyatlarında iştirak etdiklərini və SEPAH üzvlərinin idman komandaları tərkibində xarici ölkələrə gediş-gəliş etdiklərini bildirirlər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar