SON XƏBƏRLƏR

Almaniya Ukraynaya “Leopard” tankları və pilotsuz təyyarələr verəcək

2023.07.11, 17:15
Almaniya Ukraynaya “Leopard” tankları və pilotsuz təyyarələr verəcək

"Almaniya Ukraynaya yeni hərbi yardım paketi elan edib". Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində təşkil olunan ictimai forumda deyib.

Gunaz.tv

Onun sözlərinə görə, ən düzgün yol Ukraynanı lazım olduğu qədər dəstəkləməkdir.

Nazir qeyd edib ki, yeni hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, piyadaların döyüş maşınları, döyüş sursatları və pilotsuz təyyarələr daxildir.

Bundan başqa, yeni hərbi yardım çərçivəsində Almaniya Ukraynaya “Leopard” tankları, minatəmizləmə texnikası və 20 minə yaxın döyüş sursatı verəcək.

Qeyd edək ki, Berlin sonuncu dəfə may ayında Kiyevə hərbi yardım paketi ayırıb. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar