SON XƏBƏRLƏR

Urmu gölünün bərpa işləri istənilən nəticəni verməyib

2023.07.12, 12:06
Urmu gölünün bərpa işləri istənilən nəticəni verməyib

Qərbi Azərbaycan əyalətinin İran parlamentindəki nümayəndələr heyətinin üzvü Yəqub Rzazadə Urmu gölünün bərpası ilə bağlı layihələrin istənilən nəticəni vermədiyini etiraf edib.

Gunaz.tv

O, gölün bərpası üçün çəkilən 31 kilometrlik Kanisib kanalına milyardlarla dollar vəsait xərcləndiyini, ancaq bunun Urmu gölünün bərpası üçün uetərli olmadığını söyləyib.

Rzazadə Azərbaycan Respublikasının Araz çayının suyundan kənd təsərrüfatı sahəsində istifadə etdiyi kimi, İran tərəfinin də çaydakı su payından Urmu gölünə yeni su kanalının çəkilməsini təklif edib.

"Temperaturun yüksəkliyi, şiddətli buxarlanma və göldə duz həcminin çoxluğu bərpaişlərinin nəzərdə tutulan nəticəni verməsinə mane olub. Bu belə davam edərsə və göl quruyarsa bir neçə əyalət bunun fəsadlarından xəsarət alacaq",- Yəqub Rzazadə xəbərdarlıq edib.

Qeyd edək ki, Urmu gölü Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. 

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.

Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoter olub.

Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Hazırda gölün 90%-dən çox hissəsi quruyub və hökumətin bərpa işləri ilə bağlı verdiyi vədlər və apardığı təbliğat özünü doğrultmayıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar