SON XƏBƏRLƏR

Fransa polisi oğurluq edən Ermənistan vətəndaşlarını saxlayıb

2023.07.13, 09:08
Fransa polisi oğurluq edən Ermənistan vətəndaşlarını saxlayıb

Fransa polisi Brianson şəhərində (Yuxarı Alp departamenti) mağazadan oğurluq edən Ermənistan vətəndaşlarını saxlayıb.

Gunaz.tv

BFM TV xəbər verir ki, ana və qızının məşhur idman malları mağazasından oğurluq etməsi kameralara düşüb. Kadrda onların boks əlcəkləri oğurladığı görünür. Oğurlanan əşyaların ümumi dəyəri 200 avrodan çoxdur.

Hakim qarşısına çıxarılan qadın Ermənistana deportasiya edilib, qızı isə istintaq təcridxanasına göndərilib. Polis hadisə yerindən qaçmağa müvəffəq olan ailə başçısını axtarır. (apa)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar