SON XƏBƏRLƏR

İran hərbi qüvvələri Hormozqanın Kulahi kəndinə hücum edib

2023.07.13, 11:39
İran hərbi qüvvələri Hormozqanın Kulahi kəndinə hücum edib

İran hərbi qüvvələri Hormozqan əyalətinin Kulahi kəndinə hücum edib. Bu barədə Bəluç Fəalları Kampaniyası xəbər yayıb.

Gunaz.tv

Məlumata görə hücum zamanı yanacaq çənlərinə od vurulub. Hərbi qüvvələrin habelə kəndin bir neçə evini dağıtdığı bildirilir.

Onlar həmçinin iyulun 12-də bəluçlara məxsus yanacaq daşıyan "Nissan" avtomobilini və digər əmlakları zəbt ediblər.

Əyalətin İntizam Qüvvələrinin komandiri kənddə 150 əfqanın saxlanıldığını bildirib.

Bu barədə bəluç fəallarının kampaniyasına məlumatlı qaynaq açıqlama verib.

“Hərbi qüvvələr tam döyüş sursatları və xüsusi alayla birgə Minab bölgəsinin Kulahi kəndinə həmlə edib. Kəndin giriş və çıxışı bağlanıb və uzun müddət əhalinin evdən çıxmasına icazə verilməyib. 

Bir neçə kənd sakin həyətlərinin girəcəyində od qalayaraq onların daxil olmasına mane olmaq istəyiblər”-məlumatda bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl də hərbi qüvvələr bu kəndə həmlə etmiş, nəticədə kəndin bi neçə sakininin yaralanmasına və öümünə səbəb olmuşdu.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar