SON XƏBƏRLƏR

"Azərbaycana səfərim qısa və uğurlu oldu"-İsrailin müdafiə naziri

2023.07.14, 10:02
"Azərbaycana səfərim qısa və uğurlu oldu"-İsrailin müdafiə naziri

İsrailin müdafiə naziri Yoav Qallant Bakının Dənizkənarı Bulvarından paylaşım edib.

Gunaz.tv

“O, bulvarda səhər qaçışına çıxıb. “Bakıdan sabahınız xeyir”, - nazir tviterdə yazıb.

Y.Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu bildirib.

Qeyd edək ki, Y.Qallant Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olub. 

O, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.

Görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar