SON XƏBƏRLƏR

İran rəsmisindən tələb: "Hicaba əməl etməyənlər həbs edilsin"

2023.07.14, 13:30
İran rəsmisindən tələb: "Hicaba əməl etməyənlər həbs edilsin"

İran Məclisinin Hüquqi və Məhkəmə Komissiyasının sədr müavini Həsən Novruzi rəsmi televiziyanın canlı efirində hicaba riayət etməyənlərə qarşı cəzaların sərtləşdirilməsini təklif edib.

Gunaz.tv

“Radio-Televiziya Yayımı Təşkilatında şıltaq hicablılara yer verilməmlidir.

Hicaba riayət etməyənlərə qarşı 10 gündən 2 ayadək həbs cəzası qanunu icraya yönəlməlidir"-İran Məclisinin Hüquqi və Məhkəmə Komissiyasının sədr müavini Həsən Novruzi canlı efirdə belə deyib.

Qeyd edək ki, ötən 9-10 ay öncə qadın hüquqları barədə başlamış hərəkat nəticəsində İran cəmiyyətində qadınların kütləvi şəkildə hicabdan imtina etməsi molla rejimini çıxılmaz duruma salıb. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar