SON XƏBƏRLƏR

Rəisi hakimiyyəti xalqı aldadır-Urmu gölü yox olmaq üzrədir

2023.07.14, 15:16
Rəisi hakimiyyəti xalqı aldadır-Urmu gölü yox olmaq üzrədir

İran hakimiyyətinin Urmu gölünün bərpası ilə apardığı təbliğata rəğmən mütəxəssislər və ekoloqlar gölün yox olmaq təhlükəsi ilə üzləşdiyini bildirirlər.

Gunaz.tv

Onlar İbrahim Rəisi hakimiyyətinin manipulasiya ilə məşğul olduğunu bildirirlər.
"Pəyame ma" qəzeti İbrahim Rəisinin bundan əvvəl bölgəyə səfərini xatırladaraq yazır ki, prezidentin səfəri zamanı Urmu gölünün bərpasını təlqin edən görüntülər gölün ən dərin nöqtəsində çəkilmiş təbliğat xarakterli saxta videolardan ibarət olub.

"Urmiya gölünün və ya onun ekvivalentinin canlanması üçün suya olan tələbatı ildə təqribən 3,4 milyard kubmetr təşkil edir.

Hər il bu miqdarda su verilərsə, gölün ekoloji səviyyəyə, yəni 15 milyard kubmetr su həcminə çatması təxminən 5 il çəkəcək",- yazıda qeyd edilir.

Bununla yanaşı su sahəsi üzrə ekspert Ruzbeh İskəndəri də İbrahim Rəisi hökumətinin Urmu gölünün bərpası və xilası prosesinin uğurlu olduğu barədə iddialarının əsassız olduğunu bildirir.

"Əksinə, gölün bugünkü səviyyəsi və onun ekoloji səviyyə ilə arasında olan mövcud fərqi Urmu gölünün bu il tamamilə quruyacağı ehtimalını artırır.

Hazırda gölün 95%-i quruyub və böyük duz kütlələri buranı duz səhralığına çevirib. Duz fırtınaları Şəeqi, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərini ciddi təhlükə ilə üz-üzə qoyacaq ",- İskəndəri xəbərdarlıq edib.

Eyni halda İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş sədr müavini Kavə Mədəni dı, “yalana yox” həştəqindən istifadə edərək son 5 ildə Urmu gölünün vəziyyətinin peyk görüntülərini dərc edib və gölün quruması prosesinin sürətlə davam etdiyini yazıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar