SON XƏBƏRLƏR

Dövlət Sərhəd Xidməti əməliyyat keçirib

2023.07.15, 12:48
Dövlət Sərhəd Xidməti əməliyyat keçirib

Azərbaycan Dövlət Sərhəd Xidməti narkotik maddə qaçaqmalçılarına qarşı əməliyyat keçirib.

Gunaz.tv

İyulun 14-də, saat 08:20-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 53 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. (Globalinfo)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar